...

Sabahdan bu metrostansiyalar daha tez bağlanacaq

Cəmiyyət Materials 12 Oktyabr 2022 16:40 (UTC +04:00)
Sabahdan bu metrostansiyalar daha tez bağlanacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bənövşəyi xəttin “Xocəsən-Avtovağzal” sahəsində qatarların hərəkətinin təhlükəsiz təşkili dair sistemlərin sazlama və sınaq işlərinə başlanılır.

Bu barədə Trend-ə Bakı Metropolitenindən bildirilib.

Bununla əlaqədar oktyabrın 13-dən oktyabr 16-na qədər Bənövşəyi xəttin stansiyaları (“Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr”) sərnişinlərin girişinə saat 23:30-da bağlanacaq və qatarların hərəkəti məhdudlaşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti