...

KTO Karatay Universiteti və MDU-nun birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunan tədbir keçiriləcək

Cəmiyyət Materials 6 Noyabr 2022 20:21 (UTC +04:00)
KTO Karatay Universiteti və MDU-nun birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunan tədbir keçiriləcək

Bakı. Trend:

2022-ci ilin 7 noyabr tarixində Azərbaycanın Türkiyədəki Səfirliyi, KTO Karatay Universiteti və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə Tarixi Zəfərin ikinci ildönümünə həsr olunan birgə tədbir keçiriləcəkdir.

Universitetdən Trend-ə bildirilib ki, ZOOM proqramı üzərindən onlayn formatda təşkil ediləcək tədbirin açılışında Səfirliyin təhsil müşaviri Nəcibə Nəsibova, KTO Karatay Universitetinin rektoru Fevzi Rifat Ortaç və MDU-nun rektoru Şahin Bayramov çıxış edəcəklər.

Panel sessiyada KTO Karatay Universitetinin akademik heyət üzvlərindən Murat Canıtez “Qarabağ Zəfəri və beynəlxalq ticarəttə logistika komponentləri”, Şerife Nesimioğlu “Türkiyə-Azərbaycan enerji dialoqu: güclü tərəflər və fürsətlər”, MDU-nun akademik heyət üzvlərindən Vəfa Məhərrəmova “Tarixin, mədəniyyətin, qəhrəmanlığın və Zəfərin rəmzi Şuşa” və Gülər Əjdərzadə “Türk Dünyasının sosial-siyasi və etnik-mədəni bütövləşməsi” mövzularında məruzələrini təqdim edəcələr.

Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti