...

Həftə ərzində yol infrastrukturunun bərpası sahəsində görülən işlər açıqlanıb

Cəmiyyət Materials 24 Yanvar 2023 03:24 (UTC +04:00)
Həftə ərzində yol infrastrukturunun bərpası sahəsində görülən işlər açıqlanıb

Bakı. Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həftə ərzində (16-23 yanvar) yol infrastrukturunun bərpası və təmiri sahəsində görülən işlər barədə məlumat yayıb.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildirilib ki, bu müddətdə Xızı, Siyəzən və Şabran rayonlarından olan vətəndaşların qəbulu keçirilib, gecə saatlarında yeni piyada keçidinin aşırım hissəsi montaj edilib, Azadlıq prospektinin bir hissəsində aparılan təmir işləri yekunlaşıb. Eyni zamanda, Füzuli-Hadrut avtomobil yolunun tikintisi yekunlaşır. Həmçinin Kəlbəcər və Laçın rayonlarında müxtəlif təyinatlı yollar qardan təmizlənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti