...

Şəhid Orxan Əsgərov bu gün dəfn olunacaq

Cəmiyyət Materials 30 Yanvar 2023 09:27 (UTC +04:00)
Şəhid Orxan Əsgərov bu gün dəfn olunacaq

Bakı. Trend:

Şəhid Orxan Əsgərovun dəfn olunacağı yer və vaxt məlum olub.

Trend xəbər verir ki, şəhid Orxan Əsgərov bu gün saat 12:00-da II Şəhidlər Xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Yanvarın 29-da isə yerli vaxtla 22:00 radələrində Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını və səfirliyə hücum zamanı şəhid olan Orxan Əsgərovun cənazəsini gətirən təyyarə Bakıda Heydər Əliyev Hava Limanına eniş edib.

Eyni zamanda Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və onların ailə üzvləri olmaqla 53 nəfər də Tehrandan Bakıya təxliyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti