...

Yükdaşıyan avtonəqliyyat vasitələri ilə bağlı büdcə təsnifatına dəyişiklik edilib

Cəmiyyət Materials 10 Avqust 2023 16:23 (UTC +04:00)
Yükdaşıyan avtonəqliyyat vasitələri ilə bağlı büdcə təsnifatına dəyişiklik edilib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Nazirlər Kabineti “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Qərarına dəyişiklik edib.

Trend-in məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”nın 1.1.4.7.3.0-cı yarımmaddəsində “Xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri sahibləri” sözləri “Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinin sahibləri və ya həmin nəqliyyat vasitəsini idarə edən şəxslər” sözləri ilə əvəz edilib.

Həmçinin, “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına əlavə”nin 1.1.4.7-ci yarımbəndində “həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident” sözləri “Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinin sahibləri və ya həmin nəqliyyat vasitəsini idarə edən” sözləri ilə əvəz edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti