...

“Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” adlı beynəlxalq konfrans keçiriləcək

Cəmiyyət Materials 25 Sentyabr 2023 13:09 (UTC +04:00)
“Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” adlı beynəlxalq konfrans keçiriləcək
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda “Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” adlı beynəlxalq konfrans baş tutacaq.

Trend xəbər verir ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin tarixi şəhər və qoruqlarının iştirakı ilə baş tutacaq beynəlxalq konfrans 09-13 oktyabr 2023-cü il tarixlərində Bakıda keçiriləcək.

Beynəlxalq tədbirdə Türk Dövlətləri Təşkilatının rəhbərliyi, Türk dövlətlərindən tarixi şəhər və qoruqlarının rəhbərləri, ekspertləri və İdarənin tərəfdaşlıq etdiyi beynəlxalq təşkilatların nümayəndələri, eləcə də mətbuat nümayəndələri iştirak edəcək.

“Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” beynəlxalq konfransı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü ilə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti