...

Manukyan barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib

Cəmiyyət Materials 29 Sentyabr 2023 16:43 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Səbail rayon Məhkəməsində qondarma qondarma “Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusu komandanının birinci müavini”,general-mayor ali hərbi rütbəsində xidmət edən Davit Manukyan barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsinin təqdimatına baxılıb.

Trend xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.

Məhkəmə tərəfindən Davit Manukyan barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Davit Manukyan 27 sentyabrda Laçın sərhəd keçid məntəqəsində saxlanılıb.

Onun Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar terrorçuluq), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama və daşıma), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələrində ehtiva olunan cinayət əməllərinin törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti