...

Ağdamda minaya düşən şəxs ƏMƏLİYYAT OLUNDU - Son vəziyyəti açıqlandı (YENİLƏNİB)

Cəmiyyət Materials 27 Dekabr 2023 13:01 (UTC +04:00)
Ağdamda minaya düşən şəxs ƏMƏLİYYAT OLUNDU - Son vəziyyəti açıqlandı (YENİLƏNİB)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ağdam rayonunda mina partlayışı nəticəsində xəsarət alan ANAMA Mətbuat Xidmətinin əməkdaşı Zaur Mahmudovun əməliyyatdan sonrakı vəziyyəti qənaətbəşxdir.

Bunu Trend-ə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Travmatologiya şöbəsinin müdiri Cəfər Nəsirli bildirib.

Cəfər Nəsirlinin sözlərinə görə, travmatologiya şöbəsinə yerləşdirilən Zaur Mahmudovun böyük aşağı ətrafının-sol baldırının üçdə bir hissəsinin ciddi zədələndiyi aşkarlanıb:

“Sol baldırın böyük bir hissəsində yumşaq toxumaların məhv olması, sümük toxumasının dağılması, vətər və sinirlərin parçalanması müşahidə olunub. Xəstənin ayağında böyük bir defekt var idi. 5 saata yaxın davam edən ilk əməliyyat zamanı zədələnən toxumaları, damar-sinir toxumalarını bərpa etdik, rekonstruktiv ənməliyyat icra olundu. Hazırda vəziyyəti qənaətbəxş olan xəstədə növbəti əməliyyatın da aparılacağı planlaşdırılır”.

xxx

11:51

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Ağdam rayonunda mina partlayışı nəticəsində xəsarət alan əməkdaşı Zaur Mahmudov Bakıda əməliyyat olunur.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, Azərbaycan Tibb Universitetindən məlumat verilib.

xxx

11:11

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Ağdam rayonunda mina partlayışı nəticəsində xəsarət alan əməkdaşı Zaur Mahmudov Bakıya gətirilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, Azərbaycan Tibb Universitetindən məlumat verilib.

O qeyd edib ki, Z.Mahmudov dünən axşam Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası Travmatologiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, dekabrın 26-da işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Ağdam rayonunda mina partlayışı nəticəsində xəsarət alan əməkdaşı Zaur Mahmudov Bakıya gətirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti