...

Sərhədi pozmaq istəyən Pakistan vətəndaşları SAXLANILDI (FOTO)

Cəmiyyət Materials 18 Yanvar 2024 14:28 (UTC +04:00)
Sərhədi pozmaq istəyən Pakistan vətəndaşları SAXLANILDI (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yanvar ayının 17-də saat 02:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Pakistan İslam Respublikası vətəndaşları 1998-ci il təvəllüdlü Wali Noor Khan və 2001-ci il təvəllüdlü Wahab Abdul Tauzeel saxlanılıb.

DSX-dan Trend-ə verilən xəbərə görə, aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəldikləri, dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti