...

Bakıya sulu qar yağır - FAKTİKİ HAVA

Cəmiyyət Materials 23 Yanvar 2024 12:19 (UTC +04:00)
Bakıya sulu qar yağır - FAKTİKİ HAVA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 23-ü saat 12:00-a olan məlumatına əsasən Qarabağ və Şərqi-Zəngəzur, Naxçıvan MR , Qazax-Gəncə, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran və Lənkəran-Astara zonasının dağlıq ərazilərində qar yağır.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakı və Abşeron yarımadasında da səhər saatlarından başlayaraq sulu qar, qar davam edir.

Şimal-qərb küləyinin sürəti Naftalan, Bakıda və Abşeron yarımadasında 18 m/s təşkil edib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 0-3 dərəcə isti, Aran rayonlarında 2 dərəcəyədək isti, dağlıq rayonlarda 4, yüksək dağlıq ərazilərdə isə 12 dərəcəyədək şaxta qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti