Bakı. Trend:
Qusar Rayon Mərkəzi Xəstəxanasında pasiyentlərə vaxtı keçmiş dərmanların verilməsinə dair olan vətəndaş şikayətləri və fotoları yayılan “WhatsApp” yazışmaları araşdırılır.
Trend-in əldə etdiyi məlumata görə, bununla bağlı araşdırma daxil olmuş vətəndaş şikayətləri əsasında Qusar rayon prokurorluğunda aparılır.
Qeyd edək ki, Qusar Rayon Mərkəzi Xəstəxanasında pasiyentlərə vaxtı keçmiş dərmanların verilməsinə dair sosial şəbəkələrdə məlumatlar yayılıb.