Bakı. Trend:
Baş nazir Əli Əsədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.
Bu barədə Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, bu gün Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini anıb, abidəsinin önünə gül dəstəsi qoyub.
