Heydər Əliyev Mərkəzinin binası Ukrayna bayrağının rənglərində işıqlandırılıb

Cəmiyyət Materials 25 Avqust 2026 00:14 (UTC +04:00)
Heydər Əliyev Mərkəzinin binası Ukrayna bayrağının rənglərində işıqlandırılıb

Bakı. Trend:

Heydər Əliyev Mərkəzinin binası Ukraynanın dövlət bayrağının rənglərində işıqlandırılıb.

Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev sosial şəbəkədəki səhifəsində məlumat verib.

“Bu gün axşam Bakı özəldir! Təşəkkürlər, Azərbaycan!”, - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, avqustun 24-də Ukraynanın əsas dövlət bayramı olan Müstəqillik Günü qeyd olunur. Bu bayram Ukrayna Ali Radasının 24 avqust 1991-ci ildə Ukraynanın müstəqilliyinin elan edilməsi haqqında Aktı qəbul etməsi şərəfinə təsis edilib. Sənəd həmin il dekabrın 1-də keçirilmiş ümumxalq referendumunda yekun olaraq təsdiqlənib. Bu sənəd SSRİ-nin dağılmasından sonra Ukraynanın suveren dövlətçiliyinin tam şəkildə bərpasını rəsmiləşdirib.

Xəbər lenti

Xəbər lenti