...

Azərbaycanlı bodibilder Rövşən Quliyev veteranlar arasında dünya çempionatında iştirak edib

Cəmiyyət Materials 24 Noyabr 2005 18:07 (UTC +04:00)

Azərbaycanlı bodibilder Rövşən Quliyev öz karyerasında ikinci dəfə Budapeştdə başa çatan veteranlar arasında dünya çempionatında iştirak edib.

Milli Federasiyanın prezidenti Rauf Bünyadəliyevin Trend ə verdiyi məlumata görə, yarışın təşkilatçıları əvvəlcə üç çəki kateqoriyasında medalları oynamağı planlaşdırmışdılar. Lakin sonradan oneların sayı ikiyə endirildi. Nəticədə R.Quleyv 30 atletlə rəqabət aparmalı oldu. "Baxmayaraq ki, Rövşən yarışın sonra mərhələsində iştirak edə bilmədi. Lakin mən ona iştirakına görə çox minnətdaram. O, Macarıstanda öz çıxışı ilə ölkənin bodibildinq məktəbinin imicini möhkəmləndirdi", - deyə R.Bünyadəliyev bildirib.

Xatırladaq ki, bu yaxınlarda S.Vurğun adına Rus Dram Teatrında keçirilən ölkə Kubokunda R.Quliyev bürünc mükafata layiq görülmüşdü.

Xəbər lenti

Xəbər lenti