...

Ombudsman aparatının əməkdaşları cəzaçəkmə müəssisəsinə baxış keçirib

Cəmiyyət Materials 6 Fevral 2006 20:31 (UTC +04:00)

Azərbaycan ombudsman aparatının əməkdaşları AR Ədliyyə Nazirliyinin məhkəmə qərarlarının icrası Baş idarəsinin 1 saylı istintaq təcridxanasında baxış keçirib.Bu barədə Trend ə ombudsman aparatında bildirilib.

Ombudsman aparatının əməkdaşları ilə söhbətdə məhbuslar onlara qarşı çıxarılmış qeyri-obyektiv məhkəmə qərarları ilə bağlı şikayətlərini bildirmiş, istintaqın obyektiv aparılmasında yardım etməyi xahiş etmişlər.

Müəssisəyə baxış keçirən Ombudsman aparatının nümayəndələri məhbusların saxlanılma və yaşayış şəraiti ilə tanış olub, onlarla söhbət aparıb, problemləri ilə maraqlanıb.

Xəbər lenti

Xəbər lenti