...

Azərbaycanın Yunan-Roma döyüş növü üzrə komandası İranda çıxış edir

Cəmiyyət Materials 10 Mart 2006 17:24 (UTC +04:00)

Azərbaycanın Yunan-Roma döyüş növü üzrə komandası İranın Qum şəhərində start verilmiş beynəlxalq turnirdə iştirak edir.

Milli Federasiyadan Trend ə verilən məlumata görə, kollektivin tərkibinə Avropa çempionu Vitali Rəhimov (60 kq), Fuad Əliyev (60 kq), Səməd Çopsiyev (66 kq), Elvin Mürsəliyev (74 kq), Cəlal Bahadurov və Cavidan Həsənov (hər ikisi 96 kq), Abbas Atakişiyev və Faiq Surxayev (hər ikisi 120 kq) daxildir. Ancaq bu turnirdə iştirak edən V.Rəhimovun zədəsi tam sağalmasa da, məşqçilər qərargahı hesab edir ki, bu vəziyyət onun çıxışına mane olmamalıdır. Vitali üçün bu turnir yeni ildə birinci beynəlxalq yarış olacaq.

Qeyd etmək lazımdır ki, İrana səfərdə məqsəd mövsümün mühüm yarışları ərəfəsində yığmanın yaxın ehtiyatının yoxlanılmasından ibarətdir.

Xəbər lenti

Xəbər lenti