...

Əli İsmayılov peşəkar rinqdə növbəti döyüşünü keçirəcək

Cəmiyyət Materials 14 Mart 2006 18:19 (UTC +04:00)

Azərbaycan boksçusu Əli İsmayılov mayın əvvəlində peşəkar rinqdə növbəti döyüşünü keçirəcək.

İdmançı Trend ə bildirib ki, görüş Sankt-Peterburqda keçiriləcək və orada onun rəqibi yerli boksçu olacaq. Rəqibin adı hələlik məlum deyil, qarşıdakı görüş reytinq xarakteri daşıyacaq. "Hazırda səfərə hazırlaşıram və özümü çox yaxşı hiss edirəm. Mən qalib gəlmək arzusundayam, amma şübhəsiz ki, qarşıdakı görüş rusiyalı Vadim Tokaryevə qarşı keçiriləcək revanş oyununa hazırlıq mərhələsi olacaq" -deyə peşəkar səviyyədə keçirdiyi beş görüşdən dördündə qalib gəlmiş Ə.İsmayılov bildirib.

Həmçinin Azərbaycan boksçusu qeyd edib ki, V.Tokaryevlə görüşədək iyulda daha bir reytinq oyununun keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti