"Romada dünya çempionatının seçmə turnirində mən hər şeydən artıq oyunçuların ciddi zədə alacaqlarından və hakimlərdən ehtiyatlanıram". Bu barədə Trend ə ot üzərində xokkey üzrə qadınlar arasında aprelin 25-də başlayacaq kvalifikasiya ərəfəsində Azərbaycan komandasının baş məşqçisi Adil Paşayev məlumat verib.
Mütəxəssis yığmanın 12 üzvündən yalnız 7-nin öz hakimləri ilə İtaliyaya yola düşəcəyini bildirib. Bu zaman digər komandalar, o cümlədən, Azərbaycan və Ukrayna komandaları turnirə öz nümayəndələrini göndərə bilməyiblər. "Əgər münsiflər heyəti vicdanlı olarsa, onda problem yaranmayacaq. Lakin sadəcə olaraq oynamaq deyil, rəqibdən güclü olduğunu sübut etməyə də hazır olmaq lazımdır. Belə ki, bütün mübahisəli məqamları hakimlər daha tanınmış rəqiblərin xeyrinə həll edirlər", - deyə A.Paşayev bildirib.
Onun sözlərinə görə, hakimlər rəqibə texniki olaraq elə yardım edirlər ki, təcrübəsiz azarkeş bunu hiss etmir.