...

Uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsində 2005-ci ilin adamı və qurumları müəyyənləşdiriləcək

Cəmiyyət Materials 1 May 2006 15:12 (UTC +04:00)

Uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsində 2005-ci ilin adamı və qurumları müəyyənləşdiriləcək. Trend xəbər verir ki, bu barədə Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının əlaqələndiricisi Nabil Seyidov mayın 1-də keçirdiyi mətbuat konfransında bildirib.

Qeyd olunub ki, bu layihə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, UNİSEF və Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı "Heç Bir Uşağı Nəzərdən Qaçırmayaq" Milli Kampaniyası və Avropa Birliyi Komissiyası tərəfindən dəstəklənən proqram çərçivəsində həyata keçiriləcək. Proqramm çərçivəsində uşaqların problemlərinin araşdırılması və aradan qaldırılması, təbliği və müdafiəsi ilə məşğul olan təşkilat və şəxslər müəyyən ediləcək.

Layihə ilə bağlı olaraq müxtəlif təşkilatların mütəxəssislərindən ibarət təşkilat komitəsi yaradılıb. Təşkilat Komitəsi , Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombusman Təsisatının, UNİSEF, UNİFEM, Save the Children, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı, Internews və yerli QHT-in nümayəndələrindən təşkil olunub. Qrup mükafatı alacaq insan və qurumları müəyyənləşdirmək məqsədilə xüsusi sorğu materialları hazırlanıb, sorğuların keçirilməsi üçün ünvanlar müəyyənləşdirilib.

Layihənin sonu olaraq Milli İctimai mükafatın təqdimetmə məroasimi 1 yun-Uşaqların Beynəlxalq Müdafiəsi günü ərəfəsində mayın 29-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.

Xəbər lenti

Xəbər lenti