...

Azərbaycanın gənclərdən ibarət futbol yığması Avropa kampaniyasını başa vurub

Cəmiyyət Materials 19 May 2006 11:03 (UTC +04:00)

Dublində İrlandiya komandasına qarşı cavab oyununda 1:5 hesabla məğlub olan Azərbaycanın gənclərdən ibarət futbol yığması Avropa birinciliyinin qrup turnirinə vəsiqə qazana bilməyib.

Trend in xəbər verdiyi kimi, Bakıda keçirilmiş birinci oyunda ev sahiblərinin texniki məğlubiyyətindən sonra komanda cavab oyununda 3 qol vurmalı idi. Ancaq Nazim Əliyevin yetirmələri bu tapşırığın öhdəsindən gələ bilməyib. Birinci taymda hesabı elə irlandlar açıb. Bu yığmanın oyunçuları arasında isə Roy O'Donavan fərqlənib.

Fasilədən sonra ev sahibləri hücumu davam etdirib və hesabı üçə çatdırıb. Yerli yığmada isə yeganə qolun sahibi qapıçı Rene Gilmartinin səhvindən istifadə edən forvard İlqar Qurbanov olub.

Xəbər lenti

Xəbər lenti