...

Azərbaycan TQDK sədri işçi səfərlə Sinqapura yola düşüb

Cəmiyyət Materials 19 May 2006 18:36 (UTC +04:00)

Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin başçılıq etdiyi nümayəndə heyəti Sinqapura yola düşüb. Bu barədə Trend ə Dövlət Komissiyasından məlumat verilib.

Nümayəndə heyəti mayın 18-dən 27-nə kimi Sinqapurda keçiriləcək Təhsilin qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın təşkil etdiyi beynəlxalq konfransda iştirak edəcək. Konfransda Azərbaycanın nümayəndə heyəti 2007-ci ildə təşkilatın növbəti konfransının trəqdimatı və təhsil problemləri ilə bağlı çıxışları gözlənilir.

Xatırladaq ki, Assosiyasiya ABŞ-da yaradılıb və onun fəaliyyəti analoji beynəlxalq strukturların fəaliyyətinin əlaqələndirilməsinə yönəlib.

Xəbər lenti

Xəbər lenti