...

Azərbaycan və Litvanın ədliyyə nazirlikləri yüksək səviyyədə əməkdaşlıq edir

Cəmiyyət Materials 9 İyun 2006 17:35 (UTC +04:00)

Azərbaycanla Litvanın ədliyyə nazirlikləri yüksək səviyyədə əməkdaşlıq edir. Trend ə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin (ƏN) mətbuat xidmətindən verilən məlumat görə, iyunun 9-da Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovla Litvanın Ədliyyə Nazirliyinin baş katibi Paulius Koverovasın ƏN Mərkəzi Aparatında keçirilmiş görüşündə bu əməkdaşlıq müzakirə obyekti olub.

Litva prezidentinin Azərbaycana ilk səfərinin mühümlüyünü qeyd edən F.Məmmədov hər iki ölkə arasında ənənəvi dostluq münasibətlərinin son illərdə daha da genişləndiyini qeyd edib. O, bildirib ki, bir qədər əvvəl Vilnüsə səfəri çərçivəsində hüquqi yardıma dair dövlətlərarası müqaviləni imzalaması iki ölkənin ədliyyə orqanları arasında əlaqələri daha da yaxınlaşdırıb.

Cənab Paulius Koverovas isə öz növbəsində qeyd edib ki, Litva Azərbaycanla hərtərəfli, o cümlədən hüquqi sahədə əməkdaşlığa mühüm önəm verir.

O, Azərbaycanda uğurla həyata keçirilən məhkəmə-hüquq islahatlarının verdiyi nəticələri yüksək qiymətləndirib.

Görüşdə ədliyyə orqanları arasında əlaqələrin inkişaf perspektivləri və digər konkret əməkdaşlıq məsələləri müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti