...

Jurnalist Sakit Zahidovun məhkəməsi sentyabrın 5-dək təxirə salınıb

Cəmiyyət Materials 29 Avqust 2006 17:42 (UTC +04:00)

Avqustun 29-da Ağır Cinayətlərə dair Azərbaycan Məhkəməsində hakim Azər Orucovun sədrliyilə "Azadlıq" qəzetinin satirik yazarı Mirzə Sakitə (Sakit Zahidov) qarşı məhkəmə prosesi başlayıb. Bu barədə Trend ə Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) məlumat verilib. Məhkəmə iclasında ittiham olunan şəxs çıxış edib, şahidlər dindirilib.

Qeyd edək ki, M.Sakitə qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsilə (külli miqdarda narkotik maddənin satış məqsədilə əldə olunması) iddia irəli sürülüb. Məhkəmə iclasında S.Zahidov özünü günahkar saymadığını, ona qarşı irəli sürülən ittihamların yalan olduğunu deyib. O, rüşvətxor və korrupsioner məmurları tənqid etdiyinə görə həbs edildiyini bildirib. M.Sakit daim izləndiyini də məhkəmənin diqqətinə çatdırıb.

Məhkəmədə şahidlərin ifadələri bir-birilə zidiyyət təşkil edib. Həmçinin S.Zahidovun vəkili V.Xasayev şahidləri dindirərkən müəyyən olunub ki, baxış protokolu dəyişdirilərək ikinci dəfə tərtib edilib və S.Zahidovun narkotik maddənin ona məxsus olmadığı haqda ifadələri həmin protokolda əks olunmayıb.

Hakim prosesi 5 sentyabr saat 12.00-dək təxirə salıb. Məhkəmədə ABŞ, Böyük Britaniya və Almaniya səfirliklərinin əməkdaşları, bir sıra beynəlxalq təşkilatların təmsilçiləri, yerli hüquq müdafiəçiləri iştirak edib.

Xəbər lenti

Xəbər lenti