...

Xocalı soyqırımının 15-ci ildönümü Almaniya Atatürk Kültür Mərkəzi tərəfindən də qeyd olunacaq

Cəmiyyət Materials 20 Fevral 2007 13:11 (UTC +04:00)

Fevralın 26-da Türk dünyasının ən böyük faciələrindən biri olan Xocalı soyqırımının 15-ci ildönümü Almaniyadakı türk diasporu - Almaniya Atatürk Kültür Mərkəzi tərəfindən də qeyd olunacaq. Bu barədə Trend ə Almaniya Atatürk Kültür Mərkəzinin (AAKM) başqanı Səlçuk Han məlumat verib.

"Ermənistan silahlı qüvvələrinin əli ilə Xocalıda 613 nəfər Azərbaycan türkü - qadın, uşaq, yaşlı amansızca qətlə yetirilib, soyqırıma uğradılıb. Türkiyəyə qarşı sözdə "erməni soyqırımı" iddiaları ilə bizi küncə sıxmaq istəyən Ermənistan və qərbin imperialist dövlətləri Xocalı dəhşətlərini görməməzliyə vururlar. Lakin rəsmi faktlar emənilərin Xocalıda soyqırım törətdiyini və Azərbaycan torpaqlarını işgal etdiklərini göstərməkdədir. Bu olaylara qarşı kor, kar və dilsiz qalan dünya ictimaiyyətini oyandırmaq üçün dövlətimizdən tutmuş hər bir nəfərimizə qədər hamımız tarixi məsuliyyət daşıyırıq", - deyə S.Han vurğulayıb.

Fevralın 26-da Hamburq şəhərində AAKM-in təşkilatçılığı ilə keçiriləcək anma mərasimində Xocalı şəhidlərinin xatirəsi yad ediləcək, soyqırımdan görüntülər və rəsmi məlumatlar səsləndiriləcək. Sonra məruzəçilərin çıxışı dinləniləcək. Azərbaycanlı veteran hərbçi Iitali Qurbanov, AAKM-in başqanı Səlçuk Han, müəllim Necati Turan, Hamburq İrak Türkmənləri Dərnəyinin rəhbəri İsmət Fəttah, AAKM-nin Mədəniyyət və Sənət şöbəsinin rəhbəri, şair Özər Maral çıxış edəcəklər.

Xəbər lenti

Xəbər lenti