...

ABŞ-ın Azərbaycandakı səfiri: "Elmar Hüseynov azadlıq rəmzi kimi yaşamaqda davam edir və azadlıqsevərləri mübarizəyə ruhlandırır"

Cəmiyyət Materials 2 Mart 2007 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı/ müxbir Trend S.İlhamqızı/ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi Azərbaycan rəhbərliyini öz səylərini artıraraq "Monitor" jurnalının baş redaktoru mərhum Elmar Hüseynovun qətlinin açılmasını təmin etməyə çağırıb. Bu çağırışını səfir martın 2-də mərhum jurnalistin ölümünün ikinci ildönümü ilə əlaqədar çıxışında səsləndirib.

Səfir bu cinayətə görə məsuliyyət daşıyanların hələ də həbs olunmadığını xatırladıb, demokratiyada mətbuat adamlarının azadlığının vacibliyini qeyd edib. Diplomatın sözlərinə görə, azad cəmiyyətdə insanlar məlumat almaq hüququna malikdirlər və bu tələbatı peşəkar, müstəqil mətbuat orqanları təmin edir: "Elmar Hüseynov kimi jurnalistlərə hədə-qorxu gələn, döyən və öldürənlər sadəcə olaraq, insanları bu hüquqdan və azadlıqdan məhrum etməyə can atırlar. Elmar Hüseynovun qatilləri bir adamı öldürməyə müvəffəq oldulur, lakin onlar ideyanı boğmağa nail olmadılar və heç zaman ola bilməyəcəklər. Elmar Hüseynov möhtəşəm azadlıq rəmzi kimi yaşamaqda davam edir və azadlıqsevərləri bilmək hüququ uğrunda mübarizə aparmağa ruhlandırır", deyə səfir vurğulayıb.

E.Dersi əlavə edib ki, Azərbaycan öz iradəsi ilə özünə demokratik gələcək seçib. Ona görə də E.Hüseynovu öldürənləri tutub mühakimə etməlidir: "Qanunun aliliyi, mətbuat azadlığı və demokratiyaya dair Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əməl etməklə azadlığa inanan hər bir kəsə hörmət edin", deyə səfir çağırış edib.

Xəbər lenti

Xəbər lenti