...

Ağacan Abiyev ÜBA –nın Baş katibi vəzifəsini tutmaq imkanına şübhə ilə yanaşır

Cəmiyyət Materials 7 Mart 2007 17:53 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend Z.Səfərov/ Ümumdünya Bokssevərlər Assosiasiyası (ÜBA) may ayında İcraiyyə komitəsinin Caner Doğanəlinin baş katib vəzifəsinə bərpa oluna biləcəyi növbədənkənar iclasını keçirməyi planlaşdırır.

Trend in verdiyi məlumata görə, bir müddət bundan əvvəl Assosiasiyanın başçısı Çinq-Kuo Vu türkü ÜBA-da maliyyə fırıldağında təqsirləndirərək müvəqqəti olaraq tutduğu vəzifəsindən kənarlaşdırmışdı. Buna görə də Milli Federasiyanın prezidenti Ağacan Abiyevin Baş Katib vəzifəsini tutmaq şansı yaranmışdı. Nəzərə alaq ki, ÜBA-nın keçənilki konqresində o bu vəzifəyə təyin olunmaq üçün səsə qoyulmuş, ancaq cəmi bir neçə bal fərqiylə C.Doğanəli qalib gəlmişdi.

A.Abiyev Baş Katib vəsifəsinə keçə bilmə imkanına şübhə ilə yanaşır və hesab edir ki, C. Doğanəlinin vəzifəsindən kənarlaşdırılması ÜBA-nın oyunudur. "Mənə elə gəlir ki, İcrayyə Komitəsinin növbədənkənar iclasında C. Doğanəli öz vəzifəsinə bərpa ediləcək",- deyə A.Abiyev sonda bildirib.

Xəbər lenti

Xəbər lenti