...

Hacıkənd meşələri bərpa olunacaq

Cəmiyyət Materials 12 Mart 2007 16:33 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Hacıkənddə meşələrin bərpa olunması nəzərdə tutulur. Bu haqda məlumatı Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov verib.

Müsahibin sözlərinə görə, artıq Ekologiya Nazirliyi Hacıkənddə yeni yaşıllıqların salınması üçün layihə hazırlayır. "Hacıkəndə öz şöhrətini qaytarmaq lazımdır. Hesab edirik ki, artıq orada qırılan meşələrin bərpasına başlamaq lazımdır. Bununla bağlı Ekologiya Nazirliyinin regional idarəsinə tədbirlər planının hazırlanması məqsədilə göstərişlər verilib. Biz də bu tədbirlərdə fəal iştirak etmək niyyətindəyik".

Eldar Əzizov həmçinin qeyd etdi ki, indi Hacıkənddə kiçik ağaclar əkilərsə, artıq 5-10 ilə buradakı meşələrin tam bərpasına nail olmaq mümkündür. Müsahibimiz Hacıkənddə artıq fəaliyyətini dayandıran turizm bazasının işinin bərpası üçün Gənclər və İdman Nazirliyinin də yeni layihə hazırlamağı planlaşdırdığını bildirdi.

Xəbər lenti

Xəbər lenti