...

Türkiyənin iqtisadiyyat naziri Strasburqda rəsmi səfərdədir

Cəmiyyət Materials 15 Mart 2007 18:17 (UTC +04:00)

Fransa, Strasburq/ Trend müxbir E.Məcidli/ Türkiyənin iqtisadiyyat naziri, Türkiyənin Avropa Birliyi ilə Müzakirə heyətinin rəhbəri Əli Babacan Strasburqda ikigünluk rəsmi səfərdədir.

Strasburq şəhərində yerləşən Avropa Parlamentində bir sıra rəsmi görüşlər keçirən nazir Türkiyənin Avropa Birliyinə üzv olması üçün davamlı çalışdığını və bu məsələdə qərarlı olduqlarını bildirib.

Avropa Parlamentinin rəsmiləriilə görüşlərdən sonra mətbuat konfransı keçirən Babacan Türkiyənin Avropa Birliyinə daxil olmaq üçün apardığı müzakirələrin sadəcə üzv dövlətlər deyil, Ukrayna, İndoneziya, Mərakeş kimi digər dünya dövlətləri tərəfindən də maraqla izlənildiyini söyləyib.

Son 4 ildə Avropa Birliyi ilə Türkiyə arasında əlaqələrin daha da gücləndiyini bildirən nazir Türkiyə hökumətinin əlaqələrin daha da inkişaf etməsi üçün çalışacağını ifadə edib.

Türkiyənin Avropa Birliyini əhəmiyyətli bir "sülh proyekti" olaraq gördüyünü qeyd edən nazir ölkəsinin birliyə daxil olmasının AB-yə də böyük fayda gətirəcəyinə inandığını bildirib.

Xəbər lenti

Xəbər lenti