...

Azərbaycanlı əsirə ailəsindən göndərilən məktublar çatdırılmır

Cəmiyyət Materials 18 Aprel 2007 14:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Ermənilər tərəfindən əsir götürülmüş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, kiçik çavuş Samir Məmmədovun valideynləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin İrəvandakı nümayəndələrinin fəaliyyətindən narazılıq ediblər. Əsirin əmisi Vidadi Məmmədov çərşənbə günü Trend ə bildirib ki, bu gün BQXK-nin Bərdədəki ofisinin rəhbəri Xudaverdi Rzayev və Komitənin nümayəndəsi Xuan Karlosla görüşüb. Valideynlər Komitənin nümayəndələri ilə görüşdə ailəsinin Məmmədova ünvanladığı məktubların ona çatdırılmadıgını və əsir barəsində onlara düzgün məlumat verilmədiyini iddia ediblər. Bunu beynəlxalq təşkilatın adına ləkə kimi qiymətləndirən valideynlər BQXK-nin İrəvandakı nümayəndələri barəsində ölçü götürülməsini tələb ediblər.

Məmmədov ailəsinə sonuncu dəfə martın 9-da məktub göndərib. Martın 9-dan indiyədək BQXK-nin nümayəndələri onunla 3 dəfə görüşsə də, azərbaycanlı əsir ailəsinə məktub göndərməyib.

Ötən il dekabrın 24-də Qazax rayonundakü N saylı hərbi hissənin əsgəri, Bərdə rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılan Məmmədov hərbi hissədən 15 kilometr aralıda, Qazax-İcevan sərhədində ermənilər tərəfindən əsir götürülüb.

Xəbər lenti

Xəbər lenti