...

Bütün Qafqazın Şeyxi: "Bakıda mötəbər tədbirin keçirilməsi Azərbaycanın dünyada öz yerini tutmasını göstərir"

Cəmiyyət Materials 26 Aprel 2007 13:05 (UTC +04:00)
Bütün Qafqazın Şeyxi: "Bakıda mötəbər tədbirin keçirilməsi Azərbaycanın dünyada öz yerini tutmasını göstərir"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ İslam Konfransı Təşkilatı ilə birgə mühüm bir konfransın Bakıda keçirilməsi Azərbaycanın dünyada öz layiqli yerini tutmasını göstərir. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri, bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə cümə axşamı açıqlama verib.

İslam Konfransı Təşkilatının və Azərbaycan Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Bakıda "Tolerantlıq və qarşılıqlı anlaşmanın təşviqində KİV-in rolu" mövzusunda üçgünlük beynəlxalq konfrans keçirilir.

Paşazadə bildirib ki, bu toplantı Azərbaycan üçün həm də siyasi əhəmiyyət daşıyır. Şeyxülislamın fikrincə, belə mötəbər toplantılar Azərbaycanın öz haqq səsini dünya ictimaiyyətinə çatdırması, torpaqlarının işğal edilməsi, əhalisinin ermənilər tərəfindən soyqırımlara məruz qalması faktlarını göstərməsi baxımından bir vasitədir.

Xəbər lenti

Xəbər lenti