...

Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin sədrinin apellyasiya şikayətinə baxıldı

Cəmiyyət Materials 27 Aprel 2007 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin və sabiq səhiyyə naziri Əli İnsanovun Hüqularını Müdafiə Komitəsinin sədri Rizvan Talıbovun apellyasiya şikayətinə bu gün Apellyasiya Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baxılıb. Vəkil Telman Novruzzadə cümə günü Trend ə bildirib ki, məhkəmə Talıbov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Sumqayıt şəhər məhkəməsinin qərarını qüvvədə saxlayıb və apellyasiya şikayətini təmin etməyib.

Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunan Talıbov barəsində Sumqayıt şəhər məhkəməsi 2 aylıq həbs cəzası seçib. O, hazırda Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasında saxlanılır. Onun barəsində cinayət işi qonşusunun polisə şikayəti əsasında açılıb.

Xəbər lenti

Xəbər lenti