...

AFFA-nın Məşqçilər Şurasının iclası mayın 15-də keçiriləcək

Cəmiyyət Materials 8 May 2007 16:49 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend Z.Səfərov/AFFA-nın Məşqçilər Şurasının iclası mayın 15-də bu təşkilatın mənzil qərargahında keçiriləcək.

Assosiasiyadan Trend ə verilən məlumata əsasən, müşavirədə yığma komandanın baş məşqçisi Şahin Diniyev, "Netçi"nin məşqçisi Qurban Qurbanov, "Xəzər"in sükançısı Ağasəlim Mircavadov, "Qarabağ"dan Rasim Qara, "İnter"dən Valentin Xodukin, "Olimpik"in rəhbəri Əsgər Abdullayev, "MKT-Araz"ın məşqçisi İqor Nakoneçnı və "Gənclər Birliyi"nin vitse-prezidenti Vaqif Sadıxov iştirak edəcək. Müzakirə mövzusu yığmada işlərin hazırki vəziyyəti və onun qarşıdan gələn Avropa çempiontanda Finlandiya və Qazaxıstana qarşı seçmə matçlarına hazırlığı planı olacaq.

Qeyd etmək lazımdır ki, Məşqçilər Şurasının iclası ənənəvi xarakter daşıyır və ayda bir dəfə keçirilir.

Xəbər lenti

Xəbər lenti