...

Azərbaycanda 250-yə yaxın məhkum azadlığa buraxılıb

Cəmiyyət Materials 10 May 2007 12:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbəliyeva/ Mayın 8-də Azərbaycanda qəbul olunan Amnistiya Aktının tətbiqi ilə əlaqədar çərşənbə cümə axşamıı 250-yə yaxın məhkum azadlığa buraxılıb.

Bu gün 4 saylı qadın cəzaçəkmə müəssisəsində, tərbiyə müəssisəsində və 1 saylı cəzaçəkmə müəssisəsində Amnistiya tətbiq olunmuş məhkumlar azadlığa buraxılıb. Qadın müəssisəsindən 9 məhkum, tərbiyə müəssisəsindən -1 və 1 saylı müəssisədən 32 nəfər məhkum azad edilib.

Sabah cəzaçəkmə müəssisələrindən 150 məhkum azadlığa buraxılacaq. Qısa müddətdə 800-dək məhkuma Amnistiya tətbiq olunacaq. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 885 məhkum mərhələ-mərhələ azad olunacaq.

Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətinin rəisi Nazim Ələkbərov bildirib ki, ilkin olaraq cəzasının sonuna 6 ayadək müddət qalmış və azadlığın məhdudlaşdırılması cəzasının başa çatmağına bir ilədək müddət qalmış məhkumlar azad olunacaqlar. Amnistiya Aktının şamil olunduğu digər məhkumlar barədə sorğular aidiyyatı qurumlara göndəriləcək və cavablandırıldıqdan sonra azad olunacaqlar.

Ümumilikdə Azərbaycanda 8 Amnistiya Aktı qəbul olunub. Həmin aktlarla 21 min məhkum azad olunub, ümumilikdə isə Amnistiya aktları 70 mindən artıq insana şamil olunub. 92-ci ildən indiyədək 42 Əfv Fərmanı imzalanıb. Əfv fərmanları ilə 4500-ə yaxın məhkum azadlığa buraxılıb.

Xəbər lenti

Xəbər lenti