...

"Xəzər" FK yarımmüdafiəçi İlqar Qurbanovu transferə çıxarıb

Cəmiyyət Materials 26 May 2007 12:45 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend Z.Səfərov/ Futbol üzrə yeni ölkə çempionu "Xəzər" Azərbaycan yığmasının yarımmüdafiəçisi İlqar Qurbanovu transferə çıxarıb.

Trend in lənkəranlıların saytına istinadən məlumatına əsasən, bu addıma komanda oyunçunun əsas tərkibdə yerini itirməsi və öz məsuliyyətinə qeyri-peşəkar yanaşmasına görə gedib.

Məhz bu, kollektivin vaxtilə "Fənərbaxça"da iştitrak etmiş futbolçudan imtina etməsinə səbəb olub. Həmçinin "Xəzər" "İnter"in kapitanı Elmar Baxşıyev və "Karvan"ın ivuar forvardı Yakub Bambanı əldə edərək artıq transfer bazarında fəallıq göstərməyə başlayıb.

Beləliklə, İ.Qurbanov mayın 28-də T.Bəhramov adına Respublika Stadionunda keçirləcək ölkə Kubokunun matçında "MKT-Araz"a qarşı oynamaq imkanını əldən verib.

Xəbər lenti

Xəbər lenti