...

Mədəniyyət və turizm naziri: "YUNESKO nümayəndələri mütləq Azərbaycana gələcəklər"

Cəmiyyət Materials 14 İyun 2007 12:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyun /müx. "TrendLife" Eldar Hüseynzadə/ Bir neçə aydır söz-söhbət gəzir ki, YUNESKO nümayəndələri Azərbaycana təşrif buyuracaq. Məqsəd isə ermənilr tərəfindən işğal edilmiş ərazilərdə yerləşən abidələrin vəziyyətini öyrənməkdir. Lakin məlum olmayan səbəblərdən nüməyəndələr gecikir. Əvvəlcə səfər aprelin sonu, sonra isə may ayında gözlənilirdi. Bu məsələ ilə bağlı mədəniyyət və turizm naziri Əbülfəz Qarayev "TrendLife"a söylədi ki: "YUNESKO nümayəndələri Azərbaycana gəldiyi kimi, Ermənistana da getməlidir. Azərbaycan öz icazəsini verib, Ermənistan isə cavabı hələ də gecikdirir. İnan ki, YUNESKO-nun tərkibinə daxil olan insanlar çox məsuliyyətli işləyirlər. Mən hər zaman onlarla əlaqə saxlayıram. Mən əminəm ki, nümayəndələr mütləq Azərbaycana gələcəklər".

Xəbər lenti

Xəbər lenti