...

Natalya Məmmədova Çempionlar liqasının püşkatma mərasiminə dəvət olunub

Cəmiyyət Materials 14 İyun 2007 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ "Azərreyl" klubunun forvardı Natalya Məmmədova iyunun 22-də Vyanada Çempionlar liqasının yeni mövsümü ilə əlaqədər keçiriləcək püşkatma mərasimində iştirak edəcək.

Federasiyanın mətbuat katibinin bildirdiyinə görə, təşkilatçılar Azərbaycan yığmasının oyunçusunu ona ötən yarışın "Ən yaxşı voleybolçu" xüsusi mükafatını vermək üçün dəvət ediblər. Əvvələr Məmmədova dalbadal üç dəfə Çempionlar liqasının qrup mərhələsinin ən yaxşı bombardiri adına layiq görülüb. Bu amil də təşkilatların seçiminə təsir edib.

Son aylar Natalya icarə əsasında İtaliyanın "Biqmat Sanpaolo Kyari" klubunda çıxış edib. İndi isə idmançı Boris Yeltsin kubokuna hazırlaşan yığmanın heyətində məşqlərə başlayıb.

Xəbər lenti

Xəbər lenti