...

Bədii gimnastika üzrə Avro-2009 Bakıda keçirilə bilər

Cəmiyyət Materials 3 İyul 2007 11:37 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov / Bədii gimnastika üzrə növbəti Avropa çempionatı 2009-cu ildə Bakıda keçirilə bilər.

sportcom.ru saytının yaydığı məlumata görə, Avropa Gimnastika İttifaqı (AGİ) qitə birinciliyinin yenə Bakıda keçirilməsində maraqlıdır.

"Mən dörd milyonluq Bakının dinamik inkişafı ilə yanaşı Azərbaycanda idmanın inkişaf dinamikasına heyran qalmışam. Əsas da bədii gimnastika. Etiraf edirəm ki, heç bir Avropa ölkəsində görməmişəm ki, dövlət başçısı gimnastika üzrə qitə birinciliyində iştirak etsin. Azərbaycan prezidenti İlham Əliyev isə bunu etdi. Üstəlik bu yaxınlarda bəlli oldu ki, BOK gənclərin Olimpiadasını 2010-cu ildə keçirmək istəyir, Bakıdakı Avro-2009 isə gələcək gənc olimpiyaçılar üçün seçmə xarakteri daşıyacaq" - deyə AGİ rəhbəri Dimitrios Dimitropulos vurğulayıb.

Xəbər lenti

Xəbər lenti