...

Azərbaycanda kabel televiziyasının inkişafına dair strategiya hazırlanıb

Cəmiyyət Materials 10 İyul 2007 14:48 (UTC +04:00)
Azərbaycanda kabel televiziyasının inkişafına dair strategiya hazırlanıb

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda kabel televiziyasının inkişafına dair strategiya hazırlanıb.Bu barədə çərşənbə axşamı Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvü Qafar Cəbiyev məlumat verib.

Onun sözlərinə görə, kabel televiziyasının yayım dairəsinin genişləndirilməsi üçün bir sıra layihələr həyata keçiriləcək. Cəbiyev bildirib ki, bununla bağlı ötən gün Azərbaycanda fəaliyyət göstərən kabel televiziyası rəhbərlərinin iştirakı ilə toplantı keçirilib. Toplantıda irəli sürülən təkliflər müzakirə edilib.

MTRŞ üzvü deyib ki, Bakı və Sumqayıt ərazisində hazırda təxminən 500 min abonent kabel televiziyasından istifadə edir. Hər iki şəhərdə abonentlərin kabelləşməsi surətlə aparılır. Ancaq Azərbaycanın digər şəhər və rayonlarında kabel televiziyasının olmaması problemlər yaradır.

Cəbiyev kabel televiziyalarının aylıq abunə haqqının aşağı salınması məsələsinin də gündəmdə olduğunu vurğulayıb. Hazırda kabel televiziyalarının aylıq abunə haqqı təxminən 8-10 dollardır.

Azərbaycanda 12 kabel televiziyasının yayımı üçün lisenziya verilib.

Xəbər lenti

Xəbər lenti