...

Azərbaycanın Qərb bölgəsində infarkt xəstəliyi çavanlaşır

Cəmiyyət Materials 17 İyul 2007 17:59 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Qərb bölgəsində infarkt xəstəliyi çavanlaşır. Bu barədə məlumatı Trend ə Gəncə şəhər Kardioloji Dispanserinin kardioloqu Nizami Nəcəfov verib. Onun sözlərinə görə, əvvəllər bu xəstəlkdən əziyyət çəkənlər arasında 35-40 yaşlılar üstünlük təşkil edirdisə, son zamanlar 27-33 yaşlılar çoxluq təşkil edir.

"Dünya praktikası sübut edir ki, ürək xəstəliklərinə tutulandarın 70-80 faizi varlılardır"-deyən Nəcəfov kardioloji xəstəliklərə düçar olanların sırasında ilk yerləri siqaret çəkənlərin, irsən bu xəstəliyə meylli olanların, daha sonra isə təzyiqli və stresli insanların tutduğunu qeyd edib.

Gəncə şəhər Kardioloji Dispanserinə bu ilin 6 ayı ərzində ürəyin işemik xəstəliyi diaqnozu ilə 1145 xəstə daxil olub. Gəncə şəhər Təcili Tibbi Təxirəsalınmaz Yardım Stansiyasından aldığımız  məlumata görə, 6 ay ərzində stansiyaya 41 min 195 çağırış edilib. Onlardan 32 min 130-u qəfləti ürək tutmaları ilə əlaqədar olub.Nəcəfov bildirib ki, hər il ürək-damar sistemi ilə əlaqədar olan səbəblərdən dünya üzrə orta hesabla 56 faiz insan vəfat edirsə, Azərbaycanda bu göstərici 60 faiz təşkil edir.

Xəbər lenti

Xəbər lenti