...

"Qarabağ" klubu libero axtarışındadır

Cəmiyyət Materials 20 İyul 2007 12:12 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Təlim-məşq toplanışını başa vurmaqda olan "Qarabağ" futbol klubu müdafiəni gücləndirmək niyyətindədir.

Klubun rəsmi saytının yaydığı məlumata görə, baş məşqçi Rasim Kara üçün libero mövqeyinə namizədlərin axtarılıb tapılması prioritet əhəmiyyət kəsb edir.

Potensial namizədlərin perspektivini məşqçi artıq müəyyənlənşdirib. Kara heyətdə liberiyalı yarımmüdafiəçi İsaak Tuko Puponu saxlamaq qərarına gəlib. Eyni zamanda mütəxəssi konqolu Abraxam Kabanu Sitanın xidmətlərindən vaz keçib. Futbolçunun fiziki göstəriciləri məşqçini qane etməyib.

Qeyd edək ki, iyulun 21-də "Qarabağ" Bakıya yola düşəcək. Komanda burada birinciliyə hazırlığın yekun mərhələsini keçəcək.

Xəbər lenti

Xəbər lenti