...

AFFA Avropa ölkələrinin transfer təcrübəsini sınaqdan keçirir

Cəmiyyət Materials 15 Avqust 2007 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Azərbaycanın futbol üzrə çempionatında transfer dövrünün avqustun 31-dək uzadılması beynəlxalq təcrübəyə əsaslanır.

AFFA-nın yarışların təşkili departamentinin rəhbəri Məlik Həsənovun verdiyi məlumata görə, Avropa ölkələrinin birinciliklərində transferlər "pəncərəsi" məhz yayın sonuncu günündə bitdiyi üçün müvafiq addım yoxlama xarakteri daşıyır.

"Biz Avropadakı təcrübədən geri qalmamaq qərarına gəldik və transfer dövrünün müddətini uzutmağı məqsədəuyğun saydıq. Bu komandalara lazımi qədər möhkəmlənməyə və yeni oyunçuları almağa imkan verəcək. Odur ki, birinciliyin başlamasına rəğmən klublar yeni oyunçuları heyətlərinə qata bilərlər" - deyə Həsənov vurğulayıb.

Bir sıra klublar transfer bazarında fəallıqlarını davam etdirirlər. Onların arasında braziliyalı Selso Ferreyranı baxışdan keçirən "Xəzər" klubunu qeyd etmək olar.

Xəbər lenti

Xəbər lenti