...

Messi yerində oynadı, qanalılar "Barselona"-nı məyus etdi

İdman Materials 21 Fevral 2013 01:39 (UTC +04:00)
Çərşənbə günü UEFA Çempionlar Liqasının 1/8 final mərhələli çərçivəsində iki oyun baş tutub.
Messi yerində oynadı, qanalılar "Barselona"-nı məyus etdi

Azərbaycan, Bakı, 21 fevral /Trend /

Çərşənbə günü UEFA Çempionlar Liqasının 1/8 final mərhələli çərçivəsində iki oyun baş tutub.

"Milan" doğma meydanında "Barselona"-nı qəbul edib. İtalyanlılar 2:0 hesabı ilə qalib gəliblər,
57-ci dəqiqədə ilk topu Boatenq, 81-ci dəqiqədə isə Muntari fərqlənib. Qeyd edək ki, hər iki futbolçu qanalıdır.

Günün digər qarşılaşmasında "Qalatasaray" "Şalke" klubunu qəbul edib. Oyun 1:1 hesabı ilə heçheçə bitib.

Ev sahiblərindən Yılmaz 12-ci dəqiqədə qolu vurub. "Şalke"-nin cavab topunu isə 45-ci dəqiqədə Cons vurdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti