...

İdman dırmanması üzrə respublika çempionatı başa çatıb (FOTO)

İdman Materials 8 Aprel 2013 17:42 (UTC +04:00)
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının yeniyetmə və gənclər arasında idman dırmanması üzrə keçirdiyi "Ümid" Respublika çempionatı sona çatıb.
İdman dırmanması üzrə respublika çempionatı başa çatıb (FOTO)

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının yeniyetmə və gənclər arasında idman dırmanması üzrə keçirdiyi "Ümid" Respublika çempionatı sona çatıb.

Federasiyadan Trend-ə verilən məlumata görə, çempionat 5-7 aprel tarixlərində "ClimBaku" idman dırmanması mərkəzində təşkil olunub.

Qeyd edək ki, çempionatın boulderinq üzrə I mərhələsi 5 aprel, çətinlik üzrə II mərhələsi 6 aprel, sürət üzrə III mərhələsi isə 7 aprel tarixlərində keçirilib.

Çempionatın final mərhələsində qaliblərə sertifikatlar təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti