...

MSK AFFA-nın müraciətini cavablandırdı: Millinin üzvləri birlikdə səs verəcəklər

İdman Materials 8 Oktyabr 2013 17:47 (UTC +04:00)
2014-cü ildə Braziliyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası 2013-cü il oktyabrın 11-də Şimali İrlandiya, oktyabrın 15-də isə Rusiya yığması ilə qarşılaşacaq.
MSK AFFA-nın müraciətini cavablandırdı: Millinin üzvləri birlikdə səs verəcəklər

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

2014-cü ildə Braziliyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası 2013-cü il oktyabrın 11-də Şimali İrlandiya, oktyabrın 15-də isə Rusiya yığması ilə qarşılaşacaq.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, qeyd olunmuş oyunlara hazırlıq məqsədilə Azərbaycan milli komandası oktyabrın 5-dən etibarən Bakı şəhərində təlim-məşq toplanışındadır. Bununla əlaqədar, AFFA rəhbərliyinin Mərkəzi Seçki Komissiyasına müraciəti müsbət cavablandırılıb və Azərbaycan milli komandasının üzvləri 9 oktyabr 2013-cü il tarixində keçiriləcək prezident seçkisində Xətai rayonu 36-cı seçki dairəsi, 55 saylı orta məktəbdə yerləşən 9-cu məntəqədə birlikdə səs verəcəklər.

Qeyd edək ki, hər iki oyun Bakı şəhərindəki "Bakcell Arena"da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti