...

FAİREX "Zəfər-2013" Yüksək İdman Nailiyyətləri Mükafatına layiq görülüb

İdman Materials 31 Yanvar 2014 13:18 (UTC +04:00)
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası "Zəfər-2013" Yüksək İdman Nailiyyətləri Mükafatına layiq görülüb.
FAİREX "Zəfər-2013" Yüksək İdman Nailiyyətləri Mükafatına layiq görülüb

Azərbaycan, Bakı, 31 yanvar /Trend/

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası "Zəfər-2013" Yüksək İdman Nailiyyətləri Mükafatına layiq görülüb.

Federasiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 31-də "Absheron JW Marriot Hotel"də Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Beynəlxalq İdman Jurnalistləri Assosiasiyası və "Sportsman" jurnalı tərəfindən birgə təsis edilmiş "Zəfər-2013" Yüksək İdman Nailiyyətləri Mükafatının növbəti təqdimetmə mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) "Dağ İdmanının İnkişafındakı Xidmətlərinə Görə" nominasiyasına layiq görülüb.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Sportsman" jurnalı tərəfindən təşkil olunan tədbirdə Azərbaycanın görkəmli idman mütəxəssisləri, tanınmış idmançılar, nazirlik, komitə və şirkətlərin səlahiyyətli nümayəndələri iştirak edib.

Qeyd edək ki, "Zəfər" Yüksək İdman Nailiyyətləri Mükafatı 2008-ci ildə təsis edilib. Formata əsasən, hər ilin yekununda müxtəlif nominasiyalar üzrə ilin qalibləri adına layiq görülmək üçün milli federasiyalar və idman klubları tərəfindən namizədlər irəli sürülür. Seçim Komissiyası respublikanın görkəmli idman mütəxəssisləri, tanınmış idman jurnalistlərindən təşkil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti