...

Veloparkda açıq MTB yarışı keçirilib (FOTO)

İdman Materials 2 Aprel 2016 18:16 (UTC +04:00)
Azərbaycan Velosiped İdmanı Federasiyasının 2016-cı il üçün nəzərdə tutulmuş təqvim planına uyğun olaraq, bu gün Veloparkda dağ velosipedi üzrə açıq respublika turniri keçirilib.
Veloparkda açıq MTB yarışı keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Velosiped İdmanı Federasiyasının 2016-cı il üçün nəzərdə tutulmuş təqvim planına uyğun olaraq, bu gün Veloparkda dağ velosipedi üzrə açıq respublika turniri keçirilib.

Federasiyadan Trend-ə verilən məlumata görə, yarışda peşəkar idmançılarla yanaşı, həvəskar dağ velosipedçiləri də iştirak edib.

Reqlamentə görə, 15 və 17 yaşadək velosipedçilər 1,7 km-lik marşrut boyunca 5 dövrə vurublar. Məsafəni hamıdan tez qət edən "Neftçi" İdman Klubu İctimai Birliyinin təmsilçisi Vüqar Nəsibov bu yaş qrupunda 1-ci yeri tutub.

U-15 / U-17 (5 dairə x 1,7 km)

1. Vüqar Nəsibov (Neftçi İKİB) - 00:33:08
2. Qadir Mustafayev (OEQİUGVM) - 00:34:02
3. Osman Qəhrəmanov (OEQİUGVM) - 00:34:58

1,7 km-lik marşrut boyunca 9 dövrə vuran Gənclər, U-23 və Elit kateqoriyasında isə Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbinin üzvü Orxan Məmmədov (OEQİUGVM) finiş xəttini birinci keçib.

Gənclər / U-23 / Elit (9 dairə x 1,7 km)

1. Orxan Məmmədov (OEQİUGVM) - 00:56:27
2. Musa Mikayılzadə (Lokomotiv) - 00:58:08
3. Samir Şıxəlizadə (OEQİUGVM) - 01:01:46

Məqalədə:
Xəbər lenti

Xəbər lenti