...

Əlil arabasında idman rəqsi üzrə beynəlxalq festival keçiriləcək

İdman Materials 2 İyun 2016 17:40 (UTC +04:00)
İyunun 25-də saat 19.00-da Dənizkənarı Milli Parkda Milli Paralimpiya Komitəsinin 20 illik yubileyinə həsr olunmuş əlil arabasında idman rəqsi beynəlxalq festival keçiriləcək.
Əlil arabasında idman rəqsi üzrə beynəlxalq festival keçiriləcək

Bakı. Trend:

İyunun 25-də saat 19.00-da Dənizkənarı Milli Parkda Milli Paralimpiya Komitəsinin 20 illik yubileyinə həsr olunmuş əlil arabasında idman rəqsi üzrə beynəlxalq festival keçiriləcək. Komitədən Trend-ə verilən məlumata görə, festivalda Ukrayna, Rusiya, Belarusiya, Kazaxistan, Gürcüstan, Almaniya və Azərbaycan idmançıları iştirak edəcəklər.

İyunun 26-da saat 14.00-da isə "Meqafun" əyləncə mərkəzində Azərbaycan Respublikası Silahlı Quvvələri gününə həsr olunmuş əlil arabası istifadəçiləri arasında boulinq idman növü üzrə beynəlxalq turnir keçiriləcək.

Rəsmi tərəfdaş "Azərbaycan Hava Yollar¹" QSC, Təşkilati dəstək "Azərbayraq" şirkəti,
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az-dır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti