...

"Neftçi" və "Sumqayıt"ın oyunlarının vaxtı dəyişdi

İdman Materials 12 Dekabr 2016 15:12 (UTC +04:00)
Azərbaycan Premyer Liqasında iki oyunun vaxtı dəyişdirilib.
"Neftçi" və "Sumqayıt"ın oyunlarının vaxtı dəyişdi

Bakı. Trend:

Azərbaycan Premyer Liqasında iki oyunun vaxtı dəyişdirilib.

Trend Peşəkar Futbol Liqasına istinadən məlumat verir ki, “Sumqayıt”, “Zirə”, “Neftçi” və AZAL klubları PFL-ə müraciət ediblər. Həmin klublar Azərbaycan Kubokunun ¼ final mərhələsinin ilk oyunları (13 dekabr) ilə Premyer Liqanın XIV turunun görüşləri arasında vaxtın az olduğunu əsas gətirərək, “Sumqayıt” – “Zirə” və “Neftçi” – AZAL görüşlərinin bir gün sonraya keçirilməsini xahiş ediblər.

Bütün bunları nəzərə alan PFL XIV turun “Sumqayıt” – “Zirə”, “Neftçi” – AZAL görüşünün 17 dekabrda oynanılmasına razılıq verib.

Beləliklə, XIV turun bütün görüşləri eyni gündə, yəni 17 dekabrda reallaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti