...

Veteranlarımız futbola qayıdır (SİYAHI)

İdman Materials 11 Yanvar 2017 14:32 (UTC +04:00)
Futbol veteranları beynəlxalq turnirdə iştirak edəcək.
Veteranlarımız futbola qayıdır (SİYAHI)

Bakı. Trend:

Futbol veteranlarından ibarət Azərbaycan milli komandası yanvarın 15-də Gürcüstanın paytaxtı Tbilisidə 1 il əvvəl faciəvi şəkildə dünyasını dəyişmiş gürcü futbolçu və UEFA-nın meneceri David Petriaşvilinin xatirəsinə həsr olunmuş beynəlxalq mini-futbol turnirində iştirak edəcək.

Trend AFFA-ya istinadən məlumat verir ki, Gürcüstan, Azərbaycan, İspaniya, Türkiyə, Ukrayna və UEFA-nın yığma komandasının qatılacağı turnirdə millimiz yarımfinala vəsiqə qazanmaq üçün İspaniya və Ukraynanın futbol veteranları ilə mübarizə aparacaq.

Turnirə aşağıdakı veteran futbolçularımız yollanacaq:

Oqtay Abdullayev
Rüstəm Rəhimov
Asim Xudiyev
Hüseyn Məhəmmədov
Marat Salyanski
Arif Əsədov
Nadir Əliyev
Nazim Süleymanov
Vidadi Rzayev
Əli Abışov
Ağatahir Əzimov
Rəcəb Fərəczadə
Namiq Məmmədkərimov
Mahmud Qurbanov
Allahverdi Babayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti