...

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verilib

İdman Materials 21 Fevral 2018 17:56 (UTC +04:00)
Gənclər və İdman Nazirliyinin və Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə 5 mart - Bədən tərbiyəsi və idman gününə həsr olunmuş Azərbaycan çempionatına start verilib.
Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verilib

Bakı. Trend:

Gənclər və İdman Nazirliyinin və Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə 5 mart - Bədən tərbiyəsi və idman gününə həsr olunmuş Azərbaycan çempionatına start verilib.

Federasiyadan Trend-ə verilən məlumata görə, şəxsi, komanda, qoşa və qarışıq qoşa dərəcədə keçirilən çempionatda Bakı, Sumqayıt, Şəki, Şirvan şəhərlərindən, Salyan, Gədəbəy, İsmayıllı, Samux və digər rayonlardan 120-ə yaxın idmançı iştirak edir.

Azərbaycan çempionatına fevralın 23-də yekun vurulacaq, qaliblərə diplom və mükafatlar təqdim ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti